Türkiyədə avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb

18 Avqust 2019 04:58 (UTC+04:00)
Türkiyədə Çanaqqala-İstanbul marşrutu üzrə hərəkət edən avtobus aşıb. SİA "hürriyyət.com.tr" saytına istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb. Qəza Çanaqqala-Bursa yolunda baş verib. Yağıntılar səbəbindən yol sürüşkən olub və nəticədə avtobusun sürücüsü idarəetməni itirib. Ölən şəxsin 17 yaşlı gənc olduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.