Permdə avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər yaralanıb
18 Avqust 2019 01:39 (UTC+04:00)
Rusiyanın Perm vilayətində avtobusun dirəyə çırpılması nəticəsində bir nəfər ölüb, 22 adam yaralanıb.
SİA xəbər verir ki, avqustun 17-də Perm vilayətinin Orconikidze rayonunda marşrut avtobusu dirəyə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər, o cümlədən 5 uşaq yaralanıb. Uşaqların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.