"Sumqayıt" ilk dəfə Qəbələdə qalib gəlib

17 Avqust 2019 22:24 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu davam edir.

SİA xəbər verir ki, bu gün daha bir görüş keçirilib. "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın heyətində yeni transfer Mehdi Şərifi dubl edib.

Bu, "Sumqayıt"ın Qəbələ səfərində ilk qələbəsi olub.

Qeyd edək ki, turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.

17 avqust

Azərbaycan Premyer Liqası, I tur

19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2
Qollar: Mehdi Şərifi, 13, 29
Qırmızı vərəqə: Asif Məmmədov, 84-iki sarı vərəqə ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”.

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”

17 avqust (şənbə)

“Keşlə” – “Qarabağ” - 0:1