Bavariya” növbəti transferini gerçəkləşdirib

17 Avqust 2019 19:20 (UTC+04:00)
Bavariya" Koutinyodan sonra növbəti transferini gerçəkləşdirib. Qol.az klubun saytına istinadən xəbər verir ki, münhenlilər klubu 20 yaşlı yarımmüdafiəçi Mikael Kuisansı heyətinə qatıb. "Borussiya"dan (Münhenqladbax) transfer olunan fransız oyunçu ilə 5 illik müqavilə imzalanıb. Keçidə görə "Bavariya" 9.5 milyon avro təzminat ödəyəcək. Qeyd edək ki, Kuisans buna qədər Münhenqladbax "Borussiya"sı və "Şalke"nin şərəfini qoruyub.