ABŞ-ın dövlət katibi BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək

17 Avqust 2019 04:17 (UTC+04:00)
ABŞ-ın dövlət katibi Mayk Pompeonun gələn həftənin çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq məsələlərinə həsr olunacaq iclasında iştirak etməsi planlaşdırılır. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Polşanın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliyindən bildirilib. "Gözlənildiyi kimi, cənab Pompeo BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülhə və təhlükəsizliyə dəstək: Yaxın Şərqdə sülhə və təhlükəsizliyə çağırış" mövzusundakı iclasında iştirak edəcək, görüş saat 15:00-a təyin olunub", - deyə məlumatda qeyd olunub.