Goranboyda avtomobil piyadanı vurub

17 Avqust 2019 03:04 (UTC+04:00)

Goranboyda piyadanı avtomaşın vurub.

SİA-nın bölgə müxbiri bildirir ki, hadisə Goran qəsəbəsində baş verib.

Belə ki, markası dəqiqləşdirilməmiş avtomobil yolu keçmək istəyən 2000-ci il təvəllüdlü rayon sakini Məmmədov Qiyas Bəxtiyar oğlunu vuraraq ona ağır xəsarət yetirib. Yaralı ətrafdakıların köməyi ilə rayon xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.