Tovuz sakinini ilan sancıb

17 Avqust 2019 01:33 (UTC+04:00)

Tovuz rayonunda 62 yaşlı kişini ilan sancıb.

SİA-nın bölgə müxbirinin sözlərinə görə, hadisə Əlimərdanlı kəndində baş verib.

Bildirilir ki, 62 yaşlı Bağırov Sabir İsgəndər oğlu şəxsi təsərrüfatında işləyərkən onu ilan sancıb.

S.Bağırov hazırda xəstəxanadadır və vəziyyəti orta-ağırdır.