Meksika polisi acından ölmək üzrə olan 65 miqrant tapıb

17 Avqust 2019 00:42 (UTC+04:00)

Meksika federal polisi magistral yolda acından ölmək üzrə olan 65 miqrant tapıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, Verakruz əyalətində tapılan miqrantlar Banqladeş və Şri-Lanka vətəndaşlarıdır.

Onlar ABŞ-a keçmək üçün aprelin 24-dən Qətərdən yola çıxıblar. Müayinə olunan miqrantlara çörək və su verilib.