Masallıda soyğunçuluqla məşğul olan Yardımlı sakini yaxalanıb

18 Fevral 2011 01:09 (UTC+04:00)

Masallı rayonunda soyğunçuluq edən şəxs yaxalanıb. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Ramin Əhədovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Yardımlı rayon sakini Müşviq Qurbanzadə oğlu Məmmədov iki gün öncə RPŞ-ə ərizə ilə müraciət edərək Masallı bazarında tanımadığı şəxsin hədə-qorxu yolu ilə mobil telefonunu və 155 manat pulunu alaraq qaçdığını bildirib.

Ərizə əsasında yaradılmış əməliyyat qrupu soyğunçuluqda təqsirləndirilən rayonun Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Vüqar Sübhan oğlu Abbasovu yaxalayıb.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 182.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.