Finlandiya Prezidenti Ukraynaya rəsmi səfər edəcək

16 Avqust 2019 23:59 (UTC+04:00)

Finlandiya Prezidenti Sauli Niinistyo Ukraynaya rəsmi səfər edəcək.

SİA Finladiya Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, səfər sentyabrın 12-13-də baş tutacaq.

Səfər zamanı S. Niinistyo Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Qeyd edək ki, bu, Finlandiya və Ukrayna Prezidentlərinin ilk görüşü olacaq.