Rusiya və İranın hərbi gəmiləri Bakı limanını tərk edib

16 Avqust 2019 22:09 (UTC+04:00)

Rusiya və İranın hərbi gəmiləri Bakı limanını tərk edib.

SİA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 16-da vətənə yola düşüb.