7 ayda 45 milyard manat

16 Avqust 2019 18:04 (UTC+04:00)

Yanvar-iyul aylarında ölkədə 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 4 min 499,5 manata bərabər olub. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artıb, tikintidə isə 9,1 faiz azalıb.

İqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artıb.