Abdullah Zubir "Qarabağ"dan gedə bilər

16 Avqust 2019 10:54 (UTC+04:00)

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan karyerasını başa vura bilər. SİA-nın məlumatına görə, 28 yaşlı oyunçunun yenidən Fransaya qayıtmaq şansı yaranıb.

A. Zubirə ötən mövsüm Liqa1-i tərk edən “Genqam” “elçi” düşüb. Vinger axtarışında olan komanda qısa müddətdə Mərakeş əsilli futbolçunu heyətində görmək arzusundadır. Bu məqsədlə “Genqam”ın prezidenti Bertrand Desplat və menecer Stefan Kornonun hazırda Bakıda olduğu da bildirilir. Onlar “Qarabağ”la danışıqları yekunlaşdırıb, transferi tezliklə həll etməkdə maraqlıdırlar.