Alman- Azərbaycan Mədəniyyət Birliyində Vokal- İnstrumental musiqi axşamı keçiriləcək- FOTO

17 Fevral 2011 22:54 (UTC+04:00)

Fevralın 22-də, saat 19.00-da Kapellhause Alman- Azərbaycan Mədəniyyət Birliyində Bakı Musiqi Akademiyasının "konsertmeystr ustalığı" kafedrasının dosentlərinin tələbələri musiqi axşamları keçirəcək. SİA-nın məlumatına görə, musiqi gecəsində Q. Məmmədyarova, N. İmanova, N. Çanturiyanın tələbələri çıxış edəcəklər.

Vokal- İnstrumental musiqi axşamında konsertmeystrlər: Yevqeniya Məmmədova, Ülviyyə Novruzova, Anar Məmmədov, Dmitriy Babayev olacaq.

Proqramda Mozart, F. Schubert, F. Mendellssohn, R. Schumann, C. Verdinin əsərləri səsləndiriləcək.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.