Yaponiyanın şimal-şərqində 5,4 bal gücündə zəlzələ olub

15 Avqust 2019 12:23 (UTC+04:00)

Bu gün Yaponiyanın şimal-şərqində yerləşən Aomori prefekturasında və ətraf vilayətlərdə 5,4 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Yeraltı təkanların episentri Aomori prefekturasında, ocağı 90 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.