"CBS News" telekanalı: "Vaşinqtonun İrana qarşı koalisiya yaratmaq cəhdi uğursuzluğa düçar olub

15 Avqust 2019 03:43 (UTC+04:00)
ABŞ-ın CBS News telekanalı rəsmi Vaşinqtonun İrana qarşı Fars körfəzində hərbi donanmadan ibarət koalisiya yaratmaq cəhdinin uğursuzluğa düçar olması haqqında reportaj yayımlayıb. SİA xəbər verir ki, reportaj müəllifləri Amerikanın daim 2 müttəfiqinin olduğunu bildirib. Qeyd olunub ki, Vaşinqtonun koalisiya yaratmaq istəyini yalnız Böyük Britaniya və İsrail dəstəkləyib. Avropa və Asiya qitələrində heç bir dövlət bu fikri dəstəkləmir. Hətta Almaniya bəyan edib ki, ABŞ-ın növbəti avantürasında iştirak etmək niyyətində deyil. Bu faktlar onu göstərir ki, ABŞ beynəlxalq izolyasiyaya düşüb. Amerikanın siyasətini artıq heç bir dövlət dəstəkləmir. Telekanal, ümumilikdə ABŞ-ın İrana qarşı siyasətini uğursuz adlandırıb.