Azərbaycan ən çox bu ölkələrə məhsul göndərib

14 Avqust 2019 19:08 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, ötən yeddi ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 697 milyon 982 min ABŞ dolları, Türkiyəyə 1 milyard 498 milyon 423 min dollar, İsrailə isə 752 milyon 591 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 913 milyon 482 min dollar, Türkiyə ilə 2 milyard 314 milyon 467 min dollar, Rusiya ilə isə 1 milyard 606 milyon 996 min dollar təşkil edib.