Türkiyə PUA-ları Suriyanın şimalında

14 Avqust 2019 18:23 (UTC+04:00)

Türkiyəyə məxsus pilotsuz aparatlar Suriyanın şimalında keçiriləcək antiterror əməliyyatlarına hazırlıq məqsədilə fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bu aparatlar Fərat çayının şərqini terrorçulardan təmizləmək məqsədilə Türkiyə və ABŞ hərbçilərindən ibarət yaradılan Birgə Hərəkət Mərkəzinin (BHM) fəaliyyəti üçün kəşfiyyat məlumatları toplayır. Qeyd edək ki, Türkiyə və ABŞ hərbçilərinin yaratdığı BHM Şanlıurfa bölgəsində qurulub.