UEFA-nın bugünkü finalındakı əmsallar açıqlanıb

14 Avqust 2019 15:05 (UTC+04:00)

UEFA Superkubokunda qarşılaşacaq “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) matçının əmsalları açıqlanıb. SİA-nın xəbərinə görə, bukmekerlər Çempionlar Liqasının qalibini şanslı hesab edirlər.

İstanbulda “Vodafon Park” stadionunda bu gün baş tutacaq qarşılaşmada “Liverpul”un qələbəsi 1,70 əmsalla qiymətləndirildiyi halda, Bakıda Avropa Liqasını qazanan “Çelsi”nin qalib gəlməsinə 5,35 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 4,12-dir.