İran Süveyş kanalına hərbi gəmi donanmasını yerləşdirib

17 Fevral 2011 21:17 (UTC+04:00)

İran Süveyş kanalına hərbi gəmi donanmasını yerləşdirib. SİA-nın "The Jerusalem Post"-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İsrailin əks-kəşfiyyat idarəsi yayıb. Belə ki, islam inqilabından sonra heç zaman Süveyş kanalına hərbi gəmi donanmasını çıxartmayan İran hazırda gəmilərin sayını artırmaqda davam edir.

 

İsrail höküməti isə artıq bununla bağlı öz etirazını bildirib. İsrailin xarici işlər naziri Aviqdor Liberman beynəlxalq aləmi rəsmi Tehranın bu cür neqativ hallara yol verməsinə münasibət bildirməməkdə günahlandırıb: " Biz İranın bu cür aqressiv hərəkətlərinə dözə bilmərik".