Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev SİA-ya bildirib ki, hadisə bu gün səhər saat 08:15 radələrində Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 1991-ci il təvəllüdlü əsgər Vüsət Vasif oğlu Bilalov döş qəfəsindən yaralanıb. Əsgər hospitala yerləşdirilib.