Bakıda ən böyük təhsil sərgisi keçiriləcək

17 Fevral 2011 21:00 (UTC+04:00)

Fevralın 26-da Azərbaycanda ilk dəfə MBA proqramının (Master of Business Administration) tədrisi ilə bağlı təhsil sərgisi keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir Bakıda, Excelsior oteldə baş tutacaq. Bu proqramlar sayəsində keyfiyyətli təhsil almaq istəyənlər sərgidə dünyanın ən məşhur biznes-məktəblərinin nümayəndələri ilə şəxsən görüşə biləcəklər. Bundan əlavə onlar tədbir çərçivəsində keçirilən biznes seminarları və konfranslarında da iştirak edə biləcəklər.

Sərgidə iştirak etmək üçün www.accessmba.com saytında qeydiyyatdan keçmək lazımdır. Ətraflı məlumatı buradan əldə etmək olar. Qeydiyyatdan burdan keçmək lazımdır.

Sərgi şənbə günü fevralın 26–da saat 9:00–dan 16:30-dək Excelsior oteldə keçiriləcək. Sərgidə iştirak edənlər sırasında Duke University, Hult Business School (ABŞ), HEC Paris, Rouen Business School (Fransa), Aarhus School of Business, Copenhagen Business School (Danimarka), Manchester Business School, Nottingham Trent University (İngiltərə), ESMT (Almaniya) və bir çox başqaları var.

Qeyd edək ki, sərgidə iştirak etmək üçün www.accessmba.com saytında qeydiyyatdan keçmək vacibdir.

Access MBA Fransada yerləşən Advent Group şirkətinin layihəsidir. Şirkət hər il Avropada, Yaxın şərqdə, Şimali və Cənubi Amerikada bir çox sərgilər təşkil edir. Ümumilikdə, Access MBA hər il dünyanın 30 şəhərində 50-ə yaxın sərginin təşkilatçısıdır.