Bu gün UEFA Super Kubokunun final görüşü keçiriləcək

14 Avqust 2019 09:19 (UTC+04:00)

Avqustun 14-də UEFA Super Kubokunun final görüşü keçiriləcək. SİA xəbər verir ki, Türkiyənin “Vodafone Park” stadionunda oynanılacaq görüşdə ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi “Liverpul”, UEFA Avropa Liqasının qalib kimi başa vurmuş “Çelsi” klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Çelsi” 2018-2019-ci ilə mövsümünün UEFA Avropa Liqasının Bakıda keçirilən finalında “Arsenal” klubunu məğlub etmişdi (4:1). “Liverpul” isə qitənin ən nüfuzlu klub turnirinin həlledici götüşündə “Tottenhem”ən üstün olub (2:0).