ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Azərbaycan Respublikasının Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Uilyam Praroy və Jaslan Nurtazin keçirəcəklər.