Kişineuda toy mərasimi zamanı kütləvi zəhərlənmə baş verib

13 Avqust 2019 00:14 (UTC+04:00)

Moldovanın paytaxtı Kişineu şəhərində toy şənliyində kütləvi zəhərlənmə baş verib.

SİA yerli mətbuata istinadla xəbər verir ki, toyda qidadan 42 nəfər zəhərlənib. Zəhərlənənlər 17-58 yaş arasındakı şəxslərdir. Onlar xəstəxanaya yerləşdirilib.

Toy mərasiminin keçirildiyi restoran bağlanıb, araşdırma aparılır.