“Xan” qrupu rayonlarda konsert verməyi planlaşdırır

17 Fevral 2011 19:13 (UTC+04:00)
Bəstəkar və şairə Xanım İsmayılqızının rəhbərlik etdiyi "Xan" qrupu yaxın vaxtlarda pərəstişkarlarını qeyri-adi üslubda olan musiqiləri ilə sevindirəcək. Qrup böyük layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Bu barədə SİA-ya qrupun icraçı prodüseri Fuad Xalxali məlumat verib. Prodüser Azərbaycanda bu ideyanın olmadığını xüsusi vurğulayıb: "Bundan başqa, "Xan" qrupunun aprel ayında ilk yeni albomu da işıq üzü görəcək. Sumqayıt, Quba, Gəncə şəhərlərində konsert verməyi də planlaşdırırıq".