Terror Kopenhagenə də çatdı

10 Avqust 2019 15:26 (UTC+04:00)

Danimarkanın paytaxtı Kopenhagenin Norrebro rayonu ərazisində yerləşən polis bölməsinin yanında partlayış baş verib. Partlayış nəticəsində heç kəs xəsarət almayıb.

Partlayış nəticəsində polis binası cüzi zərər görüb. Polis avqustun 6-da Kopenhagendə baş vermiş partlayışla indiki insident arasında əlaqənin olub-olmamasını araşdırır.

Xatırladaq ki, avqustun 6-da Esteboro rayonu ərazisində Vergi İdarəsinin binasının girişində baş vermiş partlayışda bir nəfər yüngül xəsarət almış, binanın fasadı zədələnmişdi.