UNEC-ə qəbul olunan abituriyentlərin nəzərinə

10 Avqust 2019 14:33 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlərin qeydiyyatı və sənədlərin qəbulu avqustun 15-dən 27-dək aparılacaq. UNEC-dən SİA-ya bildirilib ki, abituriyentlərin universitetdə qeydiyyatı onların iştirakı olmadan aparılmır. Qeydiyyat UNEC-in 2 saylı tədris binasında (Həsən Əliyev, 135, Gənclik və Nəriman Nərimanov metro stansiyalarının yaxınlığında) təşkil olunur.

Abituriyentlər tələb olunan sənədləri həftənin I-V günləri saat 9-dan 17-dək təqdim etməlidirlər.