Azərbaycan Ordusunun hərbi həkimlərinin də iştirak etdikləri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda təşkil olunan “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hərbi həkimlərimiz həmkarları ilə birgə maneələr zolağını dəf etmə və ixtisas hazırlığı üzrə bacarıqlarını sınayıblar.
Hakimlərin qərarına əsasən Azərbaycan heyəti 11 komanda arasında beşinci yerdə qərarlaşıb.