Qatarların hərəkətinə surət məhdudiyyəti qoyulub

9 Avqust 2019 10:37 (UTC+04:00)

Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən SİA-ya verilən məlumata görə, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə surət məhdudiyyətinin qoyulmasıdır.