"Neftçi”nin futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə cavab oyunu da canlı yayımlanacaq. Klubun saytında yer alan xəbərə görə, Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək görüş "CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.