“Apoel” in baş məşqçisi istefaya göndərilib

8 Avqust 2019 16:41 (UTC+04:00)

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Kiprin “APOEL” komandası baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, 49 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu almaniyalı Tomas Dollun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” Kiprdəki ilk görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. Cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

P.Trametsani 2018-ci ilin oktyabrından APOEL-ə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 2018-2019-ci il mövsümündə ölkə çempionu olub.