David Nereslə müqavilə uzadılıb

8 Avqust 2019 15:54 (UTC+04:00)

Hollandiyanın "Ayaks" klubunda yeni müqavilə qeydə alınıb. SİA-nın xəbərinə görə, Amsterdam təmsilçisi vingeri David Nereslə müqaviləni uzadıb. Braziliya millisinin üzvü ilə 2023-cü ilin yayına kimi yeni müqavilə imzalanıb.

"Ayaks" 22 yaşlı futbolçunu 2017-ci ildə "San-Paulu"dan 12 milyon avroya transfer etmişdi.