Ümummilli Liderə həsr olunan musiqi kompozisiyası işıq üzü görüb

8 Avqust 2019 15:28 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin sifarişi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmaləxanım Əsədullayevanın müəllifi olduğu, ümummilli lider Heydər Əliyevin dövlətçilik və mədəniyyət sahəsindəki fəaliyyətini əks etdirən “Heydər Əliyev haqqında Oda” əsəri kitab şəklində nəşr olunub. Nazirlikdən SİA-ya bildirilib ki, Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnən əsər xor və simfonik orkestr üçün yazılıb. Kompozisiya “Çahargah” muğamının daxili strukturu əsasındadır.

Kitab Mədəniyyət Nazirliyinin tabeliyindəki aidiyyəti qurumlara paylanılacaq.