“Gəncənin tarixi” kitabının təqdimatı keçirilib- FOTO

17 Fevral 2011 02:26 (UTC+04:00)

Bu gün"Gəncənin tarixi" adlı yeni kitabın təqdimat mərasimi keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kitab prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanıb. "Gəncənin tarixi" adlı kitabın ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə yanaşı, Gəncə tarixçilərinin də xidmətlərindən istifadə olunub.

Qeyd edək ki, kitabda Gəncə şəhərinin tarixi daş dövründən bu günə kimi əhatə olunr. Xüsusən şərq tarixinin formalaşmasında Gəncə tarixinin əhəmiyyəti daha geniş vurğulanıb.

İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əsərin Gəncə tarixinin dərindən araşdırılması istiqamətində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Kitabın təqdimat mərasimində çıxış edənlər tarixi mənbə olaraq bu kitabın işıq üzü görməsini zamanında atılan addım kimi qiymətləndiriblər. Xüsusən ermənilərin tariximizi saxtalaşdırmağa cəhd etdiklər bir dövrdə bu cür əsərlərin sayının artırılması ölkə başçısı tərəfindən Azərbaycan tarixinə verilən böyük önəm kimi qiymətləndirilb. Gənc nəslin formalaşması istiqamətində bu cür tarixi, elmi əsaslara söykənən kitabların hazırlanmasına ehtiyac var.

Tədbirdə prezident İlham Əliyevə minnətdarlıq məktubu oxunub.