Ermənistanda ötən il 80-dən çox uşaq xərçəngə tutulub

16 Fevral 2011 19:06 (UTC+04:00)

Hər il Ermənistanda 30-40 uşaq xərçəng xəstəliyindən dünyasını dəyişir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, ötən ilin statistik göstəricilərinə əsasən 14 yaşadək erməni uşaqlar arasında xərçəng xəstəliyinə tutulanların ümumi sayı 80-100 arasında olub.

 

Ermənistanın Milli Onkoloji Mərkəzinin direktor müavini Qaqik Bazikyan bildirib ki, ölkədə hər il ümumilikdə 7,5 minədək adam xərçəng xəstəsi kimi qeydiyyata alınır. Onlardan təxminən yarısı həkimlərə vaxtında müraciət etmədikləri üçün həyatlarını xilas etmək mümkün olmur.