Prezident Obama İran hökumətini nümayişləri dağıtdığına görə tənqid edib

16 Fevral 2011 09:52 (UTC+04:00)

Prezident Obama İran hökumətini dinc nümayişçilərə hücum etdiyinə görə tənqid edib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, bu gün mətbuat konfransında çıxış edən Obama deyib ki, İranda insanların öz fikirlərini ifadə edib, şikayətlərini çatdıra bilmək və daha məusliyyətli hökumət istəmək imkanı olmalıdır.

ABŞ prezidenti İran xalqının öz fikirlərini ifadə etməkdən bundan sonra da çəkinməyəcəyinə ümid etdiyini bildirib. Misirdə hadisələrin düzgün istiqamətdə inkişaf etdiyini deyən prezident Obama Yaxın Şərq ölkələrinin hökumətlərini dinc nümayişlərə dinc reaksiya verməyə çağırıb.

O deyib ki, İranın Misirdə baş verənləri alqışlamasından sonra ölkənin özündə etiraz edən nümayişçilərini dağıtması istehza doğurur.