İlhamə Quliyeva Vəkillər Kollegiyasının sədrini ittiham edib
16 Fevral 2011 02:50 (UTC+04:00)
Azərbaycanın və Dağıstanın xalq artisti, Türk dünyasının sənət kraliçası İlhamə Quliyevanın Vəkillər Kollegiyasının sədri hörmətli Azər Tağıyevə açıq məktub ünvanlayıb. SIA-ya məktubu olduğu kimi təqdim edir:
"İki ilə yaxındır ki, dəfələrlə şərəf və ləyaqətimə toxunduğuna, mənə şamil etdiyi böhtanlara görə Flora Kərimovanı məhkəməyə vermişəm. Bu vaxt ərzində məhkəmə proseslərini mənim vəkilim, Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyeva müdafiə edib və bütün proseslər mənim xeyrimə olub. Amma Vəkillər Kollegiyasının sədri hörmətli Azər Tağıyev dəfələrlə mənim məhkəmə prosesimin gedişatına müdaxilə edib, vəkilim Şəfiqə Nağıyevaya təzyiq göstərib ki, bəsdir bu artistlərlə iş gördün. Əvvəla Azər müəllimə çatdırmaq istəyirəm ki, artist sirkdə olur, mən bir igidin ömrünü səhnədə yaşamış sənətkaram və mənim bütün titullarım ulu öndərimiz Heydər Əliyev cənablarının fərmanları ilə rəsmiləşdirilib. Hər bir Azərbaycan vətəndaşı kimi mənim də hüququm çatır ki, öz şərəf və ləyaqətimi ədalətli məhkəmə yolu ilə qoruyum.
Hətta bir dəfə hörmətli Azər Tağıyevlə telefon danışığım olub və bu məhkəmə prosesinin əleyhinə qarışmasının əsl səbəbini onun özünə də demişəm. Bunu açıqlamaq istəmirəm, nə demək istədiyimi Azər Tağıyev özü çox yaxşı bilir. Sadəcə bilmək istəyirəm ki, o hansı sifarişçinin ürəyinə sərin sul çiləyir?.
window.print();