Çində 150 milyon adamın gündəlik gəliri 1 dollardan artıqdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1 dollar Birləşmiş Millətlər Təşkilatı tərəfindən yoxsulluq həddi hesab edilir. Çin Xarici İşlər Nazirliyi mətbuat katibi Ma Caoşü sürətli iqtisadi inkişafa baxmayaraq Çinin hələ də inkişaf etməkdə olan bir ölkə olduğunu bildirib.
Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına görə, Çin adam başına düşən Ümumi Daxili Məhsula (ÜDM) görə dünyada 100-cü yerdədir. Bu isə dünya üzrə orta ÜDM-nin yarısı qədərdir.
Qeyd edək ki, Yaponiya hökuməti dünən Çinin Yaponiyanı keçərək dünyanın ikinci böyük iqtisadiyyatı olduğunu təsdiq edib. 2010-cu ildə Yaponiyanın ÜDM-i 3,9 faiz artaraq 5,74 trilyon dollar olub. Ancaq eyni dövrdə Çinin ÜDM-i 5,8 trilyon dollar qeydə alınıb. Yaponiya 1968-ci ildən indiyə kimi dünyanın ikinci böyük iqtisadiyyatı ünvanını qoruyub. 1,3 milyardlıq əhalisi olan Çində adambaşına düşən milli gəlir Yaponiyanın on dəfə azdır.