Bir sıra ölkərin Eurovision təmsilçisi məlum olub - FOTOSLAYD

16 Fevral 2011 01:20 (UTC+04:00)
Artıq bir çox ölkələrin "Eurovision-2011" Mahnı Müsabiqəsində təmsil edəcək ifaçıları məlum olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Norveçi bu il müsabiqədə dörd finalçı arasında birinci olan Stella Muanqi təmsil edəcək. "Haba Haba" mahnısını ifa edən Stella milli seçimlərdə 4 iştirakçı arasında birinci olub. Xatırladaq ki, Norveç mahnı müsabiqəsinə ötən il ev sahibliyi etmişdi. Bu il Norveç mayın 10-da yarışmanın birinci yarımfinal mərhələsində çıxış edəcək.

İrlandiyanı isə "X Mactor" musiqi yarışmasından tanınan əkiz qardaşlar təmsil edəcək. Belə ki, fevralın 11-də İrlandiyada da "Eirovision-2011" mahnı müsabiqəsi üçün milli seçim keçirilib. Jedward bu il ölkəsini Düsseldorfda keçiriləcək yarışmada təmsil edəcək. 5 nəfər arasında aparılan seçimlərdə əkiz qardaşlar olan Jedward 98 xalla birinci yeri qazanıb. Onlar musiqi aləmində Böyük Britaniyada keçirilən "X Mactor" musiqi yarışmasından tanınır.

Belçikanı isə müsabiqədə Vitlof Boy təmsil edəcək. O, 14 iştirakçı arasında 28 bal toplayaraq birinci olub. Xatırladaq ki, Belçika 25 il əvvəl avropanın bu şousunda birincilik əldə edib. Bu il Belçika mayın 12-də yarışmanın ikinci yarımfinal mərhələsində çıxış edəcək.

Glen Vella fevralın 12-də keçirilən milli final mərhələsində Maltanın Eurovison təmsilçisi seçilib. O, "One Life" mahnısı ilə pərəstişkarlarını və münsiflləri heyran edib. Xatırladaq ki, Maltanın milli seçimlərində münsiflər heyətinin tərkibində İctimai Televiziyanın aparıcısı Hüsniyə Məhərrəmova da iştirak edib.