Roza: "Yaxşı ki, həyatımda varsan" FOTOLAR

31 İyul 2019 15:26 (UTC+04:00)

Bu gün müğənni Roza Zərgərli üçün özəl gündür. SİA-nın məlumatına görə, qızı Bənövşənin doğum günüdür. O, bu haqda sosial şəbəkədə xəbər verib. Belə ki, Roza övladının yeni fotolarını "İnstagram" səhifəsində paylaşıb və bu sözləri yazıb: "Ürəyi dünyalar qədər açıq olan qızım, ad günün mübarək. Yaxşı ki, həyatımda varsan. Mənə ana, bacı, övlad oldun. Başqa övlad anasının sevgisini başqaları ilə paylaşa bilməzdi. Amma sən anladın, sevdin, dayaq oldun. Böyük ürəyin üçün təşəkkürlər. Yaxşı ki, mənim övladım sənsən. Nənəmin adını daşıyan qızım, Bənövşəm".

Qeyd edək ki, Bənövşə Zərgərlinin doğma qızıdır. Sənətçi iki oğlan uşağını övladlığa götürüb.