Anar Xəlilov: “Müxalifət partiyalarının var olub-olmamasının cəmiyyət üçün heç bir isti soyuqluğu yoxdur” RƏY-ÖZƏL

29 İyul 2019 17:11 (UTC+04:00)

”Hər zaman olduğu kimi yenə müxalifət düşərgəsini təmsil edən partiya sədrləri özlərini reklam etmək üçün hər şeyə gedirlər”. Bu fikirləri SİA-ya Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov müxalifət düşərgəsində davam edən uğursuzluğun səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, onlar öz varlıqlarını nə qədər reklam etsələr belə yenə də müxalifət düşərgəsində heç nəyi dəyişən deyil: “Çünki müxalifət liderləri bir-birlərinin varlıqlarını qəbul etmirlər. Çalışırlar ki, bir-birlərini sıradan çıxarsınlar. Yəni müxalifət partiya rəhbərləri hesab edirlər ki, əgər biri digərinin siyasi səhnədən sıxışdırıb çıxarmaqla irəliliyə doğru gedə bilər. Yəni, siyasi səhnədə müxalifət düşərgəsini öz monopoliyasını götürmək istəyir. Məhz müxalifət partiya rəhbərlərinin arasında gedən dava-dalaş bunun üzərində qurulub. Təbii ki, bu gün müxalifətin var olması cəmiyyət üçün maraqlı deyil”. Anar Xəlilov onu da qeyd edib ki, bugünkü müxalifətin bu cür çıxılmaz bir vəziyyətə düşməsinin, zəifləməsinin də səbəbi məhz müxalifətin yersiz hərəkətləri, və şəxsi ambisiyalarının olması ilə bağlıdır: “Bu gün müxalifət partiyalarının var olub-olmamasının cəmiyyət üçün heç bir isti soyuqluğu yoxdur. Müxalifətin bundan başqa sonu ola bilərmi? Yəni, bu müxalifətin sonu deməkdir. Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, müxalifətin bu cür çıxılmaz vəziyyətdən necə çıxaraq. Yəni, biri-birini öz düşərgələrində sıradan çıxarmaq yox müxalifətin partiyalarında olan problemlərin həllinə çalışmalıdırlar. Əks təqdirdə müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər”.

GÜLYANƏ