ABŞ və İsrail yeni müdafiə sisteminin sınağını həyata keçirib

29 İyul 2019 07:15 (UTC+04:00)

ABŞ və İsrail Alyaskada “Arrow-3” raketlərdən müdafiə sisteminin sınağını həyata keçirib.

Hər iki ölkə rəsmilərinin bildirdiyinə görə, sınaq uğurlu olub.

SİA-nın “amerikanınsesi”nə istinadla verdiyi xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “Arrow-3” müdafiə sınağı ölkəsinə İran və digər ərazilərdən ballistik raket hücumlarından müdafiə qabiliyyəti vermiş olur.

Netanyahu deyib ki, "tamaşa mükəmməl idi. Hər bir zərbə hədəfinə çatırdı. Bizim düşmənlərimiz bilməlidir ki, biz həm müdafiə, həm də hücumda onlardan üstünük".

ABŞ-ın Müdafiə Nazirliyi sınağı "əsas təməl daşı" kimi qiymətləndirib.

Qeyd edək ki, sınaqdan çıxan “Arrow 3” uzunmənzilli raketlərə qarşı ən mükəmməl system kimi dəyərləndirilir.

İlk dəfə ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal edilən bu sistem 2017-ci ildə təsis edilib.