SİA xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Qəbələ”nin yeni mövsümdəki ilk səfər matçının hakimləri də bəlli olub.
Avqustun 1-də Gürcüstanda Tbilisi “Dinamo”suna qarşı keçiriləcək qarşılaşmanı finlandiyalı hakimlər briqadası idarə edəcək. Boris Payçadze adına stadiondakı görüşün baş hakimi Petri Vilyanen, onun köməkçiləri Riku Vihreavuori və Mika Lamppu, dördüncü hakim isə Dennis Antamo olacaq.
Cavab oyununda hakim-inspektor vəzifəsi Yens Larsen (Danimarka), UEFA nümayəndəsi funksiyası Sergey Lisnikə (Moldava) tapşırılıb.
Qeyd edək ki, “Dinamo” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.