Hərbçilərimizin bir qismi Rusiya və Özbəkistana yola düşüb

27 İyul 2019 13:33 (UTC+04:00)

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu", "Səhra mətbəxi" və "Hərbi-tibbi estafet" müsabiqələrində iştirak etmək üçün Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.