Qonşusunu qətlə yetirən şəxs özü də intihar edib

27 İyul 2019 06:10 (UTC+04:00)

Saatlı rayonunun Bəylər kəndində güllələnmə hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, toydan çıxan Bəylər kənd sakini, 1983-cü il təvəllüdlü Məhərrəmov Fürsət Qoca oğlu qonşusu, 1974-cü il təvəllüdlü Həsənov Mübariz Oruc oğlunu ov tüfəngi ilə qətlə yetirib.

Daha sonra yaşadığı ünvanın həyətində özünü güllə ilə vuraraq öldürüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəl olunub.

Faktla bağlı araşdırma aparılır.