SİAx'b'r verir ki, “Sepah”ın Həmzə Seyidüş-Şühəda Qərargahı məlumat yayaraq bildirib ki, atışma nəticəsində “Sepah” üzvi Seyid Hadi Ocaq aldığı güllə yarasından xəstəxanaya aparılarkən ölüb.
Məlumatda bildirilir ki, atışmada terror qruplaşmasından bir neçə nəfər öldürülüb, bir neçəsi isə yaralanıb.
Terrorçulardan çox sayda silah-sursat götürülüb.
Qeyd olunur ki, terrorçulardan bir neçə nəfəri qaçıb və “Sepah” qüvvələrin həmin terorçuların təqibindədir.