Futbol üzrə Rusiya millisinin və “Spartak”ın sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy Tula “Arsenal”ının Avropa Liqasının ikinci mərhələsinin ilk oyununda “Neftçi”yə məğlubiyyətini (0:1) şərh edib. Rusiya Federal Agentliyinə açıqlamasında o bildirib ki, “Arsenal” pis oynamayıb: “Neftçi” haqda məlumatımız az idi. Əvvəllər böyük klub olub. İndi isə gördük ki, onlar layiqli oyun nümayiş etdirirlər. Heyətlərində yaxşı legioneləri var”.
Xatırladaq ki, “Neftçi” ilə “Arsenaı” arasında cavab görüşü avqustun 1-i Bakıda olacaq