Tennis üzrə oğlan cütlüklərin yarışının qalibləri bilindi

26 İyul 2019 15:42 (UTC+04:00)

XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının oğlan cütlüklərin final oyununda Çexiya idmançıları qızıl medal qazanıblar. SİA xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən final qarşılaşmasında çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti polşalı Filip Pieçzonka/Olaf Pieçkovski duetini 2:0 hesabı ilə (6:2, 6:3) məğlub edərək festivalın çempionu olub.