""JARA" Festivalı sənətçiləri və tamaşaçıları birləşdirir" - Rusiyanın Xalq artisti

25 İyul 2019 11:03 (UTC+04:00)

"JARA" Festivalı sənətçiləri və tamaşaçıları birləşdirir. Əminəm ki, bir neçə ildən sonra bu festival dünyada ən yaxşılardan birinə çevriləcək". SİA-nın məlumatına görə, bu fikirləri Rusiyanın Xalq artisti Filip Kirkorov deyib. O, əlavə edib ki, payızda Bakı tamaşaçılarını yeni şousu ilə sevindirmək istəyir: "Mən artıq Bakıda "Mən" proqramı ilə çıxış etmişəm. Artıq yeni şounun vaxtıdır. Bakıdakı pərəstişkarlarım üçün yenidən oxumaq istəyirəm. Burada onlar çoxdur və mənim üçün çox qiymətlidir ".